"Kəpəz" daha bir oyunçusu ilə yollarını ayırıb

Xəbərlər
29 İyun 2025 11:26
60
"Kəpəz" daha bir oyunçusu ilə yollarını ayırıb

"Kəpəz" daha bir oyunçusunu yola salıb.

İdman.biz xəbər verir ki, yarımmüdafiəçi Tural Rzayevlə başa çatan müqavilənin müddəti yenilənməyib.

Gəncə futbol məktəbinin yetirməsi olan Rzayev "sarı-göylər"də 2015-2016-cı illər mövsümdə debüt edib.

Futbolçu qərb təmsilçisinin heyətində 6 mövsüm keçirib. Bu müddətdə 122 oyuna çıxıb və 1 qol vurub.

İdman.biz