"Sabah"ın “Selye” ilə oyunları onlara ƏMANƏT

Xəbərlər
28 İyun 2025 15:04
44
"Sabah"ın “Selye” ilə oyunları onlara ƏMANƏT

UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində “Sabah”ın Sloveniyanın “Selye” klubu ilə keçirəcəyi matçın hakimləri məlum olub.

İdman.biz xəbər verir ki, Bakıdakı ilk oyunu Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Daniyar Saxi, köməkçiləri Samat Tergeussizov və Sergey Kalaçyov olacaq. Dördüncü hakim vəzifəsi Saken Baiymbetə həvalə edilib. VAR hakimi funksiyasını fransalı Bastyen Deşepi yerinə yetirəcək. Ona köməkliyi qazaxıstanlı Aidin Tassibayev edəcək.

Cavab qarşılaşması isə bolqarıstanlı hakimlərə tapşırlıb. Baş hakim Draqomir Draqanova Xristo Hacıyıski və Krasimir Atanasov kömək edəcək. Dördüncü hakim Martin Jivkov Velikov, VAR hakimi Vasimir El-Hatib, VAR köməkçisi isə Volen Çinkov olacaq.

Qeyd edək ki, ilk qarşılaşma iyulun 10-da, cavab görüşü isə 17-də keçirəcək.

İdman.biz