Qrup mərhələsinin rəmzi komandası - Messi, Serxio Ramos və digərləri

Xəbərlər
28 İyun 2025 13:49
35
Qrup mərhələsinin rəmzi komandası - Messi, Serxio Ramos və digərləri

2025-ci il FIFA klublararası dünya çempionatı qrup mərhələsinin rəmzi komandası açıqlanıb.

İdman.biz xəbər verir ki, mundialın ən yaxşı 11-liyini "WhoScored" tərtib edib.

Rəmzi komandada Lionel Messi və Serxio Ramos kimi yaşı 40-a çatan futbolçular da yer alıblar.

Klublararası dünya çempionatı qrup mərhələsinin rəmzi komandası:

Qapıçı: Yassine Bounou ("Əl-Hilal");

Müdafiəçilər: Serxio Ramos ("Monterrey"), Nikolas Otamendi ("Benfika"), Aleksander Barbosa ("Botafoqo");

Yarımmüdafiəçilər: Maykl Olise ("Bavariya"), Ruben Neveş ("Əl-Hilal"), Kenan Yıldız ("Yuventus"), Xviça Kvaratsxeliya (PSJ);

Hücumçular: Lionel Messi, Luis Suares (hər ikisi "İnter Mayami"), Qonsalo Qarsiya ("Real").

Qeyd edək ki, bu gün , iyunun 28-də FIFA klublararası dünya çempionatı pley-off mərhələsinə start veriləcək. Mundial iyulun 13-dək davam edəcək.

İdman.biz