"Qalatasaray"ın Viktor Osimhenə ən son təklifi

Xəbərlər
27 İyun 2025 14:33
59
"Qalatasaray"ın Viktor Osimhenə ən son təklifi

Viktor Osimhen hələ də beynəlxalq transfer bazarının əsas intriqalarından biri olaraq qalır.

İdman.biz xəbər verir ki, nigeriyalı futbolçunun "Qalatasaray"da icarə müddəti başa çatdıqdan sonra - iyunun 30-da "Napoli"yə qayıdacağı real görünsə də, məlumata görə, Türkiyə çempionu 26 yaşlı forvardı İstanbulda saxlamaq ideyasından əl çəkməyib.

Sosial şəbəkələrdə sürətlə yayılan bir foto viral olub: 2025/26 mövsümünə aid "Qalatasaray" forması üzərində 45 nömrə və “Osimhen” adı artıq çap olunub. Əvvəlcə bu, sadəcə bir satıcının təşəbbüsü kimi ehtimal edilsə də, "Corriere dello Sport"un məlumatına əsasən, klubun rəsmi saytından Osimhenin adı yazılmış yeni formanı sifariş vermək mümkündür.

Bu hərəkətin arxasında təkcə marketinq niyyəti deyil, daha ciddi bir plan durur. "Qalatasaray" Osimheni razı salmaq üçün ona mövsümə görə 16 milyon avro məbləğində təmiz maaş təklif edib. Yerli medianın məlumatına görə, baş məşqçi Okan Buruk da şəxsən bu transferin baş tutması üçün onu dilə tutmağa çalışıb.

Eyni zamanda, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu da Osimhenə maraq göstərməkdə davam edir və ona 4 il üçün 160 milyon avro təklif etməyə hazırdır.

İdman.biz