Luis Enrike - dünyanın ən yaxşı məşqçisi

Xəbərlər
26 İyun 2025 16:21
27
Luis Enrike - dünyanın ən yaxşı məşqçisi

PSJ ilə UEFA Çempionlar Liqasının qalibi Luis Enrike "FourFourTwo" tərəfindən dünyanın ən yaxşı futbol məşqçisi seçilib.

İdman.biz xəbər verir ki, reytinq Britaniya jurnalının redaksiya heyətinin üzvləri və dəvət olunmuş ekspertlər tərəfindən aparılan sorğu əsasında tərtib edilib.

Respondentlərin hər biri məşqçilərin əldə etdikləri nəticələr, taktik və komandanı idarə etmək bacarığını da qiymətləndirərək onlardan hazırda ən yaxşı hesab etdikləri 20 nəfəri seçiblər.

Hər anketdə birinci yerdə göstərilən məşqçiyə 20 xal, hər sonrakına isə əvvəlkindən bir xal az verilib. Yekun siyahıya 50 mütəxəssis daxil edilib.

"FourFourTwo"ya görə dünyanın ən yaxşı 20 məşqçisi:
1. Luis Enrike (PSJ);
2. Arne Slot ("Liverpul");
3. Simone İnzagi ("İnter"/"Əl-Hilal");
4. Pep Qvardiola ("Mançester Siti");
5. Hans-Diter Flik ("Barselona");
6. Xabi Alonso ("Bayer"/"Real Madrid");
7. Mikel Arteta ("Arsenal");
8. Antonio Konte ("Napoli");
9. Unai Emeri ("Aston Villa");
10. Karlo Ançelotti ("Real Madrid"/Braziliya millisi);
11. Eddi Hau ("Nyukasl");
12. Dieqo Simeone ("Atletiko Madrid");
13. Can Piero Qasperini ("Atalanta"/"Roma");
14. Andoni İraola ("Bornmut");
15. Tomas Frank ("Brentford"/"Tottenhem");
16. Lionel Skaloni (Argentina);
17. Nuno Espirito Santo ("Nottingem Forest");
18. Yulian Nagelsmann (Almaniya millisi);
19. Oliver Qlasner ("Kristal Palas");
20. Vinsent Kompani ("Bavariya").

Françesk Fabreqas ("Komo") 21-ci, Klaudio Ranyeri (keçmiş "Roma") 23-cü, Didye Deşam (Fransa millisi) 24-cü, Tomas Tuxel (İngiltərə millisi) 26-cı, Luis de la Fuente (İspaniya millisi) 28-ci yeri tutub.

İdman.biz