“Sabah” Anatoli Nuriyevlə qərarını açıqlayıb - YENİLƏNİB

Xəbərlər
26 İyun 2025 14:48
49
“Sabah” Anatoli Nuriyevlə qərarını açıqlayıb - YENİLƏNİB

“Sabah” yarımmüdafiəçi Anatoli Nuriyevlə yeni müqaviləni rəsmiləşdirib.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

29 yaşlı futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi daha bir il müddətinə uzadılıb.

Azərbaycan millisinin üzvü olan futbolçu 2022-ci ildən “Sabah”ın heyətində çıxış edir. O, bu müddət ərzində komandamızda 105 oyun keçirib və 12 qol vurub.

*****

Saat 12:21

"Sabah" rəhbərliyi ilə Anatoli Nuriyev arasında danışıqlar artıq başa çatıb.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, millimizin də formasını geyinən yarımmüdafiəçi ayrılıq fikrindən daşınıb, klubda qalmağa razılıq verib.

Son 3 mövsümü burada keçirən 29 yaşlı ön xətt oyunçusu yeni müqavilə imzalayıb. O. 2 illik (1+1) kontrakta qol çəkib.

Qeyd edək ki, Ukrayna doğumlu yığma üzvü ötən müddətdə meydana çıxdığı 105 oyunda 12 qol, 18 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz