Madrid klubu 4 mövsümdür kubok qazana bilmir

Xəbərlər
24 İyun 2025 14:09
38
Madrid klubu 4 mövsümdür kubok qazana bilmir

"Atletiko" 2024/25-ci illər mövsümünü də kuboksuz başa vurub.

İdman.biz xəbər verir ki, Dieqo Simeonenin yetirmələri klublararası dünya çempionatında B qrupunda üçüncü yeri tutaraq mübarizəni dayandırıblar.

Madrid klubu bu mövsüm La Liqanı da 3-cü pillədə başa vurub, Çempionlar Liqasında 1/8 finalda, İspaniya kubokunda isə 1/2 finalda məğlub olub.

Qeyd edək ki, "Atletiko" İspaniya çempionu olduğu 2021-ci ildən sonra titul qazana bilmir.

İdman.biz