"Sabah" - "Selye" oyununun biletləri satışa çıxarılıb

Xəbərlər
23 İyun 2025 23:10
32
"Sabah" - "Selye" oyununun biletləri satışa çıxarılıb

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda baş tutacaq “Sabah” (Azərbaycan) – “Selye” (Sloveniya) qarşılaşmasının biletləri satışa çıxarılıb.

İdman.biz xəbər verir ki, azarkeşlər artıq biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.

Qarşıdakı günlərdə isə “Bank Respublika Arena”nın kassalarında və başqa satış məntəqələrində də bilet satışlarına başlanacaq.

Qeyd edək ki, “Sabah” – “Selye” matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.

İdman.biz