"Difai"nin baş məşqçisinin adı açıqlanıb

Xəbərlər
23 İyun 2025 21:41
37
"Difai"nin baş məşqçisinin adı açıqlanıb

Azərbaycan I Liqasında çıxış edən "Difai"nin yeni baş məşqçisinin adı açıqlanıb.

İdman.biz-ə klubdan verilən məlumata görə, komandaya Araz Bağırov başçılıq edəcək.

43 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, bu vəzifədə Aydın Qasımovu əvəzləyib.

Qeyd edək ki, Araz Bağırov son mövsümdə Azərbaycan Premyer Liqasında "Kəpəz"ə başçılıq edən Azər Bağırovun köməkçisi olub.

İdman.biz