Azərbaycanlı futbolçu "Ankaragücü" ilə yeni müqavilə imzalayıb

Xəbərlər
23 İyun 2025 22:22
40
Azərbaycanlı futbolçu "Ankaragücü" ilə yeni müqavilə imzalayıb

Azərbaycanın gənclər yığmasının üzvü Həsən Nəzərli "Ankaragücü"dəki çıxışını davam etdirəcək.

İdman.biz xəbər verir ki, bu barədə Ankara təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycanlı futbolçu Ankara təmsilçisi ilə peşəkar müqavilə imzalayıb. 18 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları barədə informasiya verilməyib. Həsən 2023-cü ildə "Ankaragücü" sistemindədir və o, başa çatmış mövsümdə əsas komandanın formasını geyinib.

Qeyd edək ki, "Ankaragücü" 2024/2025 mövsümünün nəticələrinə görə 2-ci Liqaya yuvarlanıb.

İdman.biz