Azərbaycan klubundan ayrılan braziliyalı Cənubi Koreyada - FOTO

Xəbərlər
22 İyun 2025 14:32
34
Azərbaycan klubundan ayrılan braziliyalı Cənubi Koreyada - FOTO

“Araz-Naxçıvan”dan ayrılan Karlos Jatoba Cənubi Koreyanın “Daequ” komandası ilə anlaşıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yüksək liqa təmsilçisi ilə 30 yaşlı braziliyalı yarımmüdafiəçi arasında razılıq əldə edilib.

Qeyd edək ki, Jatoba ötən mövsüm "Araz-Naxçıvan"da 18 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

İdman.biz