Bu gün Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilən tədbirdə Azərbaycan kubokunun sahibi "Sabah"ın da potensial rəqibi bəlli olub.
Bakı təmsilçisi Avropa Liqasının ilk mərhələsində Sloveniya "Selye"sinə məğlub olarsa, qitənin üçüncü səviyyəli klub turnirində "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.
Komandalar ilk matçı səfərdə keçirəcəklər. İkinci görüş evdə olacaq.
Qeyd edək ki, bu mərhələnin ilk oyunları iyulun 24-də, ikinci matçları bir həftə sonra baş tutacaq.
İdman.biz