"Zirə"nin legioneri: "Güclü komanda ilə oynamaq yaxşıdır, bu, böyük motivasiya verir"

Xəbərlər
17 İyun 2025 18:23
41
"Zirə"nin legioneri: "Güclü komanda ilə oynamaq yaxşıdır, bu, böyük motivasiya verir"

"Mövsüm öncəsi hazırlığı yaxşı keçirməliyik, yaxşı işləməliyik. Təbii ki, iştirak etdiyimiz turnirlərdə irəliləmək istəyiriksə, hər zaman hazır olmalıyıq"..

İdman.biz xəbər verir ki, bu sözləri Sportal.az saytına açıqlamasında “Zirə”nin müdafiəçisi Stefan Akka deyib.

Təcrübəli futbolçu komandasının Konfrans Liqasında iştirak etməsinə də toxunub. O, yeni mövsümün püşkatması ərəfəsində “Zirə”nin şanslarını da dəyərləndirib: "Potensial rəqiblərdən xəbərdaram. Amma sırf bu komanda ilə qarşılaşmaq istəyərdim kimi fikrim yoxdur. Hər halda, güclü komanda ilə oynamaq da yaxşıdır. Çünki bu, adama böyük motivasiya verir. Ümidvaram ki, hər şey yaxşı alınacaq".

İdman.biz