Cəngavər titulu alan Devid Bekhem "ser" olacaq

Xəbərlər
14 İyun 2025 10:38
40
Cəngavər titulu alan Devid Bekhem "ser" olacaq

"Mançester Yunayted", "Real Madrid", "Milan", PSJ və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhemə cəngavər titulu verilib.

İdman.biz xəbər verir ki, 50 yaşlı keçmiş futbolçu Britaniya kralı III Çarlz tərəfindən cəngavər-bakalavr tituluna layiq görülüb ki, bu da ona “ser” adını daşımaq hüququ verir.

Onun həyat yoldaşı Viktoriya isə “ledi” olub.

Bekhem bu titula həm futbolçu karyerası, həm də xeyriyyəçilik fəaliyyətinə görə layiq görülüb. O, mərasimdən sonra sosial şəbəkə hesabında belə yazıb: “Ekoloji maarifləndirmə, ənənəvi irs və dayanıqlı memarlıq sahəsində təşəbbüslər vasitəsilə həyatını dəyişən insanlara ilham verməklə vaxt keçirmək əladır. Bütün qalibləri təbrik edirəm”.

Bekhem "Mançester Yunayted"in yetirməsidir və “Qırmızı şeytanlar”da oynadığı dövr ona daha böyük şöhrət qazandırıb. İngiltərə klubunun heyətində o, altı dəfə ölkə çempionu olub, ölkə kubokunu və UEFA Çempionlar Liqasını qazanıb.

İdman.biz