“Sabah”ın U-11 komandası Gürcüstanda 5-ci yeri tutub

Xəbərlər
12 İyun 2025 16:32
32
“Sabah”ın U-11 komandası Gürcüstanda 5-ci yeri tutub

“Sabah”ın U-11 komandası Gürcüstanın Batumi şəhərində keçirilən “Shota Cup” beynəlxalq futbol turnirində iştirak edib.

İdman.biz xəbər verir ki, Arslan Quliyevin çalışdırdığı komanda qrup mərhələsində “Golden Boys” (6:1), “Maxinjauri A” (1:2), “Dolphins Batumi” (3:1) və “Batusi” (3:1) komandaları ilə qarşılaşıb.

Qrup mərhələsini 2-ci pillədə başa vuran “Sabah” 1/4 finalda “Kobuleti” ilə qolsuz heç-heçədən sonra penalti seriyasında məğlub olub.

Azərbaycan təmsilçiləri 5-8-ci yerlər uğrunda mübarizədə “Bombora Kobuleti”yə (5:1) və “Uqimerioni Tbilisi”yə (1:0) qalib gələrək turniri 5-ci pillədə başa vurub.

İdman.biz

Məqalədə: