Baxşıyev 4 legionerdən imtina edir

Xəbərlər
12 İyun 2025 15:45
42
Baxşıyev 4 legionerdən imtina edir

Bir neçə futbolçu ilə bitən müqaviləni yeniləyən, eyni zamanda yeni transfer edən “Araz-Naxçıvan”da vidalar da olacaq. Komanda Konfrans Liqasında mübarizəyə hazırlığa başlayanadək heyəti komplektləşdirmək istəyir. Bu səbəbdən ötən mövsüm ümidi doğrultmayan legionerlərlə yollar ayrılacaq.

İdman.biz Futbolinfo.az-a istinadən xəbər verir ki, baş məşqçi Elmar Baxşıyevin qara siyahısına Karlos Jatoba, Sezar Meza Kolli, Miça Kuzmanoviç və Bernardo Dias düşüb.

Komandaya istənilən qədər faydalı olmayan bu əcnəbilərin gedişi realdır.

Əslində, Meza Kolli klubdan çoxdan ayrılıb. Heyətə düşə bilməyən paraqvaylı özünə yeni klub axtarır. Digər legionerlərlə bağlı qərar isə yeni transferlərin reallaşmasına uyğun atılacaq.

İdman.biz