Messi və Ronaldo: kimin oynadığı liqa və klub daha güclüdür?

Xəbərlər
11 İyun 2025 10:32
53
Messi və Ronaldo: kimin oynadığı liqa və klub daha güclüdür?

Dünya futbolunun iki əfsanəsi həmişə müqayisə olunur.

İdman.biz xəbər verir ki, "Opta Sports"un araşdırmasına görə, Lionel Messi Kriştiano Ronaldodan daha güclü liqada oynayır.

Futbol liqalarının oradakı komandaların gücünə əsasən tərtib olunan reytinqində argentinalının çıxış etdiyi MLS 12-ci, potrtuqaliyalının oynadığı Səudiyyə Ərəbistanı çempionatı isə 29-cu pillədə qərarlaşıb.

Digər tərəfdən, Kriştiano Ronaldonun formasını geyindiyi "Əl-Nəsr" klubların reytinqində 106-cı yerdədir ki, bu da Şimali Amerikanın bütün klublarından daha yüksək mövqedir. Messinin çıxış etdiyi "İnter Mayami" isə dünyada 146-cı, MLS klubları arasında isə 4-cü sıradadır.

İdman.biz