DÇ-2026-nın seçmə mərhələsinin Cənubi Amerika zonasında növbəti oyunlar keçirilib.
İdman.biz xəbər verir ki, 16-cı tur çərçivəsində baş tutan 4 görüşdə qapılara cəmi 7 qol vurulub.
Doğma divarlar arasında Paraqvaya 1:0 hesabı ilə qalib gələn Braziliya yığması dünya çempionatına vəsiqəni təmin edib. “Sambaçılar” qələbəni Madrid “Real”ının formasını geyinən Vinisius Juniorun vurduğu qolla qazanıb. Bununla da beşqat dünya çempionları 23-cü dəfə mundialda mübarizə aparacaqlar. Onlar yeganə milli komandadadır ki, bütün çempionatlara qatılıb.
Səfərdə Peru ilə qolsuz heç-heçə edən Ekvador yığması da DÇ-2026-nın final mərhələsində iştirakını rəsmiləşdirib.
DÇ-2026 seçmə mərhələsi
Cənubi Amerika zonası, 16-cı tur
Boliviya – Çili – 2:0
Uruqvay – Venesuela – 2:0
Argentina – Kolumbiya – 1:1
Braziliya – Paraqvay – 1:0
Peru – Ekvador – 0:0
|
O |
Q |
H |
M |
T |
X |
|
1 |
Argentina |
16 |
11 |
2 |
3 |
28-9 |
35 |
2 |
Ekvador |
16 |
7 |
7 |
2 |
13-5 |
25 |
3 |
Braziliya |
16 |
7 |
4 |
5 |
21-16 |
25 |
4 |
Uruqvay |
16 |
6 |
6 |
4 |
19-12 |
24 |
5 |
Paraqvay |
16 |
6 |
6 |
4 |
13-10 |
24 |
6 |
Kolumbiya |
16 |
5 |
7 |
4 |
19-15 |
22 |
7 |
Venesuela |
16 |
4 |
6 |
6 |
15-19 |
18 |
8 |
Boliviya |
16 |
5 |
2 |
9 |
16-32 |
17 |
9 |
Peru |
16 |
2 |
6 |
8 |
6-17 |
12 |
10 |
Çili |
16 |
2 |
4 |
10 |
9-24 |
10 |
Qeyd edək ki, Cənubi Amerika zonasından mundiala 6 komanda birbaşa vəsiqə qazanır.