Bütün dünya çempionatlarına vəsiqə qazanan yeganə komanda - Braziliya millisi

Xəbərlər
11 İyun 2025 09:33
49
Bütün dünya çempionatlarına vəsiqə qazanan yeganə komanda - Braziliya millisi

Braziliya millisi Paraqvay yığmasına minimal hesabla (1:0) qalib gələrək DÇ-2026-ya vəsiqəni rəsmiləşdirib.

İdman.biz xəbər verir ki, Braziliya bütün dünya çempionatlarının final mərhələsinə vəsiqə qazanmağı bacaran yeganə komandadır.

1930-cu ildən bəri 22 dünya çempionatı keçirilib. Karlo Ançelottinin rəhbərliyi altında yığma 23-cü dəfə dünya çempionatında iştirak edəcək. Braziliya millisi turnirdə 5 dəfə qalib olub ki, bu da mütləq rekorddur.

Almaniya yığması isə mundialın final mərhələsinə 20 dəfə vəsiqə qazanaraq bu göstəricidə 2-ciliyi təmin edib.

Qeyd edək ki, çempionata 3 ölkə - Kanada, ABŞ və Meksika ev sahibliyi edəcək. Kanada və Meksikanın hər birində 13, ABŞ-da isə 78 oyun keçiriləcək. Turnir gələn il iyunun 11-dən 19-dək keçiriləcək.

İdman.biz