Macarıstanın baş məşqçisi Mahir Emrelini fərqləndirib

Xəbərlər
11 İyun 2025 00:18
58
Macarıstanın baş məşqçisi Mahir Emrelini fərqləndirib

"Azərbaycan millisində yaxşı futbolçular var".

İdman.biz xəbər verir ki, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Bakıda Azərbaycan millisi ilə yoldaşlıq görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Mahir Emrelini xüsusi olaraq vurğulamaq istərdim. Maraqlı futbolçudur. Texniki cəhətdən yaxşıdır. Bundesliqada oynamağı təsadüf deyil. Digər komanda yoldaşlarında da xoşuma gələn futbolçular oldu. Fikrimcə, Azərbaycan millisinin bugünkü oyunundan narazı qalmaq olmaz", - deyə italiyalı mütəxəssis açıqlamasında bildirib.

Qeyd edək ki, Macarıstan yığması Bakıda 2:1 hesabı ilə qalib gəlib.

Aytac Sahəd
İdman.biz