Yassin Benzianın qolu və ötürməsi Əlcəzairi məğlubiyyətdən xilas etməyib - VIDEO

Xəbərlər
10 İyun 2025 23:42
63
Yassin Benzianın qolu və ötürməsi Əlcəzairi məğlubiyyətdən xilas etməyib - VIDEO

"Qarabağ"a məxsus Yassin Benzia Əlcəzair yığmasında uğurlu oyun keçirib.

İdman.biz xəbər verir ki, 30 yaşlı futbolçu İsveçlə qarşılaşmada bir qol və bir ötürmə ilə yadda qalıb.

Solna şəhərində keçirilən qarşılaşmaya Yassin ehtiyatda başlayıb. Baş məşqçi Benziaya hesab 0:4 olarkən şans verib. O, meydana daxil olduqdan 4 dəqiqə sonra Bennaserə ötürmə verib, 11 dəqiqə sonra isə özü fərqlənib. Son dəqiqədə Əlcəzair daha bir qol vursa da, məğlubiyyətdən qurtula bilməyib - 3:4.

Qeyd edək ki, 2023-cü ilin yanvarından "Qarabağ"da oynayan Benzianın komandanı tərk edəcəyi gözlənilir. Hələlik, tərəflər bununla bağlı rəsmi açıqlama yaymayıblar.

İdman.biz