Elçin Məsiyev Çexiya – İngiltərə oyununda

Xəbərlər
10 İyun 2025 14:07
64
Elçin Məsiyev Çexiya – İngiltərə oyununda

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Çexiya – İngiltərə oyununun baş hakimi olacaq.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını italiyalı Simone Sozza yerinə yetirəcək.

İyunun 12-də Dunayska Streda şəhərində yerləşən “DAC Arena”da keçiriləcək B qrupunun matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

İdman.biz