"Sabah"ın baş məşqçisi Vasiliy Berezutskiy Rusiyanın SSKA klubuna təklif olunub.
İdman.biz xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yer alıb.
Rusiyanın təcrübəli məşqçisi Valeriy Nepomnyaşiy "hərbçilər"ə komandanı yaxşı tanıyan birinin başçılıq etməli olduğunu deyib. O, Berezutski ilə yanaşı Sergey İqnaşeviçin adını çəkib: "Çox maraqlı olardı ki, "hərbçilər"dən kimsə komandaya başçılıq etsin. Həm İqnaşeviç, həm də Azərbaycanda uğurlu fəliyyət göstərən Vasiliy Berezutski bunu edə bilər".
Qeyd edək ki, SSKA Marko Nikoliçlə bu gün rəsmən yollarını ayırıb. "Sabah"a başçılıq edən Berezutski Azərbaycandakı ilk mövsümündə ölkı kubokunu qazanıb.
İdman.biz