Gəncə klubu "Sabah" və "Zirə"nin futbolçuları ilə anlaşıb

Xəbərlər
9 İyun 2025 10:10
44
Gəncə klubu "Sabah" və "Zirə"nin futbolçuları ilə anlaşıb

Adil Şükürovla ortaq məxrəcə gələn, ancaq hələ müqaviləni rəsmiləşdirməyən "Kəpəz" transfer çalışmalarını da davam etdirir.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, Gəncə klubu artıq 2 futbolçu ilə anlaşıb.

"Sarı-göylər" "Sabah"dan Şakir Seyidov və "Zirə"dən Hacıağa Hacılı ilə danışıqları yekunlaşdırıb. Hər iki futbolçu 2025/26 mövsümündə "Kəpəz"in formasını geyinəcək.

Qeyd edək ki, Seyidov başa çatan "futbol ili"ndə "bayquşlar"ın əvəzedici komandasında çıxış edib. Hacılı isə "qartallar"ın heyətində ümumilikdə 22 qarşılaşmada meydana çıxıb.

İdman.biz