"Əl-Nəsr"in çalışdırıcısı Stefano Pioli İtaliya millisinin baş məşqçisi vəzifəsinə əsas namizəd hesab edilir.
İdman.biz xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Piolinin yaxın vaxtlarda Səudiyyə Ərəbistanı klubunu tərk edəcəyi gözlənilir.
İtaliya millisinin baş məşqçisi vəzifəsindən gedəcək Luçano Spalettinin xələfi kimi həmçinin “Roma”nın keçmiş çalışdırıcısı Klaudio Ranyerinin də adı çəkilir.
Digər namizədlər arasında Roberto Mançini, Fabio Kannavaro və Daniele De Rossi də var.
İtaliya Futbol Federasiyasının qısa siyahısına bir müddət əvvəl Zaqreb “Dinamo”sundan ayrılan Cennaro Qattuzo da daxil edilib.
İdman.biz