Azərbaycanlı futbolçu Superkubok qazanıb - FOTO

Xəbərlər
8 İyun 2025 18:22
51
Azərbaycanlı futbolçu Superkubok qazanıb - FOTO

Heyətində qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyevanın da çıxış etdiyi "Zenit" Rusiya Superkubokunun qalibi olub.

İdman.biz xəbər verir ki, Sankt-Peterburq klubu Yekaterinburqda keçirilən həlledici matçda Moskva "Lokomotiv"inə 3:0 hesabı ilə qalib gəlib.

Rəqibin 38-ci dəqiqədən azlıqda qalmasından yararlanan "Zenit" ikinci hissədə üç qol vurub. Mirzəliyeva bütün oyunu əvəzolunmadan keçirib.

Qeyd edək ki, tarixində ikinci dəfə Rusiya Superkubokunu qazanan "Zenit" hazırkı ölkə çempionudur.

İdman.biz