Azərbaycanın U-21 millisindən qolsuz bərabərlik - VİDEO

Xəbərlər
8 İyun 2025 21:48
285
Azərbaycanın U-21 millisindən qolsuz bərabərlik - VİDEO

Azərbaycanın futbol üzrə U-21 millisi növbəti yoxlama oyununu keçirib.

İdman.biz xəbər verir ki, Sumqayıtda Monteneqronun gənclər yığması ilə qarşılaşma qolsuz bərabərliklə başa çatıb - 0:0.

Oyundan sonra iki komandanın futbolçuları arasında dava düşüb.

Qeyd edək ki, Ayxan Abbasovun yetirmələri iyundakı təlim-məşq toplanışı çərçivəsində ayın 4-də Belarusla yoxlama matçında 1:3 hesabı ilə məğlub olublar.

Yoxlama oyunu
8 iyun

20:00. Azərbaycan - Monteneqro 0:0
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

İdman.biz