Azərbaycan millisində çıxış etmiş futbolçunun toyu olub - FOTO/VİDEO

Xəbərlər
8 İyun 2025 17:33
74
Azərbaycan millisində çıxış etmiş futbolçunun toyu olub - FOTO/VİDEO

2015-2023-cü illərdə futbol üzrə Azərbaycan millisində çıxış etmiş Eddi İsrafilov evlənib.

İdman.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi sevgilisi İsa Qonqora ilə ailə həyatı qurub.

Hazırda Malaziyanın “Yohor Darul Tazim” klubunda çıxış edən Eddinin atası anqolalı, anası İradə İsrafilova isə azərbaycanlıdır. O, Malaziya klubundan öncə “Neftçi”nin şərəfini qoruyub.

İdman.biz