"Neftçi" "Sumqayıt"ın 2 futbolçusu ilə anlaşıb

Xəbərlər
8 İyun 2025 15:10
50
"Neftçi" "Sumqayıt"ın 2 futbolçusu ilə anlaşıb

Mövsümlərarası fasilədə heyətdə ciddi dəyişiklər edən "Neftçi" daha iki futbolçu ilə ortaq məxrəcə gəlib.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, bu dəfə yerli oyunçularla razılıq əldə edilib.

Ötən mövsüm "Sumqayıt"ın formasını geyinən Elvin Bədəlov və Murad Xaçayev 2025/26 "futbol ili"ndə paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.

Hər iki futbolçu ilə şifahi razılıq əldə olunub. Millinin Macarıstanla matçından sonra "ağ-qaralar" onlarla münasibəti rəsmiləşdirəcək.

Qeyd edək ki, Bədəlov başa çatan mövsümdə "kimyaçıların" heyətində bütün turnirlərdə 38 oyuna çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Xaçayev isə 39 matçda 1 məhsuldar ötürmə edib.

İdman.biz