Millimizin üzvü Rusiya Superkubokunun afişasında

Xəbərlər
8 İyun 2025 14:21
50
Millimizin üzvü Rusiya Superkubokunun afişasında

Bu gün "Zenit" və "Lokomotiv"in qadın futbol komandaları arasında Rusiya Superkuboku matçı keçiriləcək.

İdman.biz xəbər verir ki, Matç TV-nin təqdim etdiyi afişada Sankt-Peterburq klubunun azərbaycanlı aparıcı oyunçusunun da şəkli əks edilib.

Azərbaycanın qadınlardan ibarət millisinin üzvü Nigar Mirzəliyeva afişada "Zenit"i təmsil edib.

Qeyd edək ki, oyun saat 14:30-da start götürəcək.

İdman.biz