“Sumqayıt”ın prezidenti Riad Rəfiyev Harvard Biznes Məktəbinin və Avropa Klublar Assosiasiyasının (ECA) birgə əməkdaşlığı olan “ECA Executive Leadership Proqramı”nın (ELP) ilk buraxılışına qəbul olub.
İdman.biz xəbər verir ki, bu barədə klub rəhbəri öz sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, bu proqram futbolun gələcəyini formalaşdıran insanları bir araya gətirir: “Futbol illərdir ki, mənim həyatım olub və indi bu təcrübəni növbəti səviyyəyə qaldırmaq, həm biznes, həm də idman sahəsində ən yaxşılarından öyrənmək zamanıdır. “Sumqayıt”ı və Azərbaycan futbolunu burada təmsil etmək mənim üçün böyük şərəfdir”.
Qeyd edək ki, Rəfiyev 2018-ci ildə "Sumqayıt" futbol klubunun prezidenti təyin olunub.
Aytac Sahəd
İdman.biz