Misirin “Əl-Əhli” və ABŞ-nin “İnter Mayami” komandaları arasında 65326 yerlik stadionda keçiriləcək matça 20 mindən az bilet satılıb.
İdman.biz xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Qarşılaşma iyunun 15-də Mayami Qardensdəki “Hard Rock” stadionunda keçiriləcək və 2025-ci il klubların dünya çempionatının ilk oyunu olacaq.
Özü də tamaşaçı sayını artırmaq üçün FIFA biletlərin qiymətini endirib. Əvvəl biletlər 349 ABŞ dollarına satılırdısa, indi qiymətlər 55 dollardan başlayır.
FIFA klub mundialının oyunlarına 130-dan çox ölkədən azarkeşlərin gələcəyinə ümid edir. Turnir iyulun 13-dək davam edəcək.
İdman.biz