Tanınmış iş adamı Emin Ağalarov minifutbol üzrə Azərbaycan millisinin dünya çempionluğunu şərh edib.
İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında Macarıstana qarşı keçirilən final görüşünü canlı izləyən Ağalarov matçdan sonra Futbolxeber.az saytına açıqlamasında millimizlə fəxr etdiyini vurğulayıb:
“Təəssüratlarım möhtəşəmdir. Minifutbol millimizlə fəxr edirəm. Azərbaycan ən yüksəkdədir. Biz dünya çempionu olduq. Ölkəmizin daha bir qələbəsinə ürəkdən sevinirəm”.
Emin Ağalarov minifutboldan fərqli olaraq böyük futbolda uğur qazana bilməməyimizlə bağlı sualı da cavablandırıb: “Hər hansı sahədə problem olmamalıdır. Düzəldilməli nüanslar var. Allah qoysa, bütün istiqamətlərdə qələbə bizim olacaq”.
İdman.biz