“Araz-Naxçıvan”da yeni müqavilə

Xəbərlər
2 İyun 2025 10:17
48
“Araz-Naxçıvan”da yeni müqavilə

Ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində yer alan Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə imzalanıb.

Klubdan İdman.biz-ə verilən məlumata görə, müdafiəçi 2025-2026-cı illər mövsümünü də “qırmızı-ağlar”ın heyətində keçirəcək.

“Araz-Naxçıvan” buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.

İdman.biz