“Hisslərimi sözlə ifadə etməkdə çox çətinlik çəkirəm”.
İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin üzvü Xətai Bağırov deyib.
O, Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında qazanılan qələbəni şərh edib: “Qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Finala yüksək səviyyədə hazırlaşmışdıq. Bu matça qədər bir çox qol epizodlarından istifadə edə bilmirdik. Ancaq bu gün ilk dəqiqələrdən qollar vurmağa başladıq. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm".
Azərbaycan komandası Milli Gimnastika Arenasında keçirilən final matçında Macarıstana 4:2 hesabı ilə qalib gələrək dünya çempionluğunu qazanıb.
Aytac Sahəd
İdman.biz