Minifutbol üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib

Xəbərlər
1 İyun 2025 21:05
92
Minifutbol üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib

Milli Gimnastika Arenasında minifutbol üzrə dünya çempionatının təntənəli bağlanış mərasimi olub.

İdman.biz xəbər verir ki, tədbir final oyunundan əvvəl keçirilib.

Əvvəlcə Azərbaycanın xalq musiqi nümunələri təqdim olunub. Ardınca isə müğənni Mərdan Kazımov və xalq artisti Faiq Ağayev çıxış ediblər.

Qeyd edək ki, dünya çempionatına Azərbaycan və Macarıstan yığmaları arasında keçirilən final oyunu ilə yekun vurulacaq.

İdman.biz