Azərbaycan Kubokunun qalibi mükafatlandırılıb - FOTO/VİDEO

Xəbərlər
31 May 2025 22:40
97
Azərbaycan Kubokunun qalibi mükafatlandırılıb - FOTO/VİDEO

Azərbaycan Kubokunun 2024/25 mövsümünün mükafatlandırma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə mükafatları AFFA-nın prezidenti Rövşən Nəcəf, baş katib Cahangir Fərəcullayev və PFL-in prezidenti səlahiyyətlərini yerinə yetirən Elgiz Abbasov təqdim ediblər.

Əvvəlcə "Qarabağ" – "Sabah" matçının (2:3) ədalət təmsilçiləri xatirə hədiyyələri alıb. AFFA nümayəndəsi, hakim-inspektor və hakimlər briqadası fəxri kürsüyə qalxıb.

Misli Premyer Liqasının bombardiri Leandro Andradeyə (15 qol) xüsusi mükafat təqdim olunub.

Ardınca finalda uduzan "Qarabağ"ın üzvləri mükafatlarını alıblar. Ən sonda kürsüyə kubokun qalibi "Sabah"ın oyunçuları çıxıb. Öncə futbolçu və məşqçi heyətinə qızıl medallar təqdim olunub. Kapitan Amin Seydiyev kuboku başı üzərinə qaldırıb.

İdman.biz