Pakistan səfiri: "Azərbaycanı tarixi qələbə münasibətilə təbrik edirik"

Xəbərlər
2 İyun 2025 12:05
47
Pakistan səfiri: "Azərbaycanı tarixi qələbə münasibətilə təbrik edirik"

Pakistanın ölkəmizdəki səfiri Qasım Mohiuddin Azərbaycanı minifutbol üzrə dünya çempionatında qazandığı qələbə münasibətilə təbrik edib.

İdman.biz xəbər verir ki, diplomat bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Azərbaycanı minifutbol üzrə dünya çempionatında tarixi qələbə münasibətilə təbrik edirik. Öz azarkeşləri qarşısında qazanılan qələbə bu nailiyyəti xüsusi edir!", - səfir bildirib.

Qeyd edək ki, Azərbaycan yığması finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək dünya çempionu olub.

İdman.biz