“Kocaelispor” səfərdə “Alanyaspor”u məğlub etdi

23 Oktyabr 2026 23:22
112
“Kocaelispor” səfərdə “Alanyaspor”u məğlub etdi

Türkiyə Super Liqasının doqquzuncu turunun açılış matçında “Kocaelispor” səfərdə “Alanyaspor”u 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qonaqların qollarını 27-ci dəqiqədə Berkan Kutlu və 42-ci dəqiqədə Makana Baku vurublar.

“Alanyaspor” 52-ci dəqiqədə R. P. Duartenin qolu ilə fərqi minimuma endirib.

Bu nəticə ilə iki oyunluq qələbəsiz seriyasına son qoyan Selçuk İnanın komandası xallarının sayını 15-ə çatdırıb və bir oyun artıq keçirməklə altıncı pilləyə yüksəlib.

Joao Pereyranın rəhbərlik etdiyi “Alanyaspor” isə ardıcıl üçüncü matçında qələbə qazana bilməyib. Komanda 12 xalla doqquzuncu sırada qərarlaşıb.

İdman.Biz