"Qarabağ"la "Sabah"ın oyunları son vaxtlar çox maraqlı mübarizə şəraitində keçir. Həmişə məhsuldar oyun olur".
İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın və Azərbaycan milli komandasının sabiq futbolçusu Emin İmaməliyev Sportal.az-a bu gün baş tutacaq Azərbaycan Kubokunun final matçı barədə açıqlamasında deyib.
44 yaşlı mütəxəssis maraqlı oyun gözlədiyini deyib: "Sabah"ın avrokuboklara vəsiqə üçün son şansıdır. Bizi maraqlı matç gözləyir. Final oyunudur. Hər iki komanda istəkli olacaq. "Qarabağ" "qızıl dubl" etməyə çalışacaq. "Sabah" isə avrokuboklara vəsiqə qazanmaq istəyindədir. İki komandaya da uğurlar arzulayıram. Ümid edirəm ki, Azərbaycan futboluna layiq final olacaq. Güclü olan qalib gəlsin".
Veteran yarımmüdafiəçi "Qarabağ"la "Sabah"ın kuboku qazanmaq şanslarını da dəyərləndirib. Onun fikrincə hər iki komandanın şansı eynidir: "Məncə, şanslar 50/50-dir. "Qarabağ"da qələbə qazana bilər, "Sabah" da. Bir oyun olduğu üçün iki komanda da istəkli olacaq. Bununla yanaşı həm də ehtiyatlı olacaqlar. "Qarabağ" da, "Sabah" da titulu qazanmağa çalışacaq. İnanıram ki, final matçı da bu komandaların əvvəlki oyunları kimi məhsuldar olacaq. Kimin qələbə qazanacağını deyə bilmərəm. Amma mənim fikrimcə oyunda 3-4 qol vurulacaq. Avrokuboklara vəsiqə qazanan bütün klublarımıza uğurlar arzulayıram. İstərdim ki, hər biri Azərbaycan futbolunu layiqincə təmsil etsinlər".
İdman.biz