Azərbaycanın futbol hakimləri növbəti mövsümə Bakıda hazırlaşacaqlar

Xəbərlər
30 May 2025 12:10
40
Azərbaycanın futbol hakimləri növbəti mövsümə Bakıda hazırlaşacaqlar

Azərbaycanın futbol hakimlərinin yayda təlim-məşq toplanışı olacaq.

İdman.biz "Report"a istinadən xəbər verir ki, ədalət təmsilçiləri 2025/2026 mövsümünə Bakıda hazırlaşacaqlar.

Toplanışın iyulun ikinci yarısında start götürəcəyi planlaşdırılır. Referilərin bir neçə yoxlama oyunu idarə edəcəyi də gözlənilir.

Qeyd edək ki, Azərbaycan hakimləri qışda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olublar.

İdman.biz