“Şirvan” II Liqaya yüksəlib

Xəbərlər
29 May 2025 18:43
65
“Şirvan” II Liqaya yüksəlib

Bu gün II Liqaya vəsiqə uğrunda pley-off matçı keçirilib.

İdman.biz xəbər verir ki, matç “ASCO Arena”da baş tutub.

II Liqada 13-cü yeri tutan “Lerik” çempionatda yerini qorumağa çalışıb. Region Liqasının finalçısı “Şirvan” isə daha yüksək dəstəyə vəsiqə üçün mübarizə aparıb. Leriklilər qələbəyə çox yaxın olublar. Onlar 2:0 hesabı ilə önə keçsələr də, şirvanlılar geri dönüş edə biliblər. “Şirvan” 90+5-ci dəqiqədə hesabı bərabərləşdirib, əlavə vaxtda isə qələbə topunu vurub.

“Şirvan” növbəti mövsümdə II Liqada mübarizə aparacaq.

II Liqaya vəsiqə uğrunda pley-off oyunu
29 may (cümə axşamı)
16:00. “Lerik” – “Şirvan” - 2:3 (əlavə vaxt)
Qollar:
Zaur Nuruzadə, 21; Penci Ağazadə, 45 - Nurlan İsayev, 45+2; Elcan Rəsulov, 90+5;
Elgün Xəlilov, 95 (p.)
Baş hakim: Əliyar Ağayev
“ASCO Arena”

İdman.biz