Azərbaycan Kuboku: 1100 gündən sonra

Xəbərlər
28 May 2025 14:45
44
Azərbaycan Kuboku: 1100 gündən sonra

33-cü Azərbaycan Kubokunun finalı həlledici matçdakı debütlə əlamətdar olacaq.

İdman.biz xəbər verir ki, “Sabah” ilk dəfə finalın iştirakçısı olacaq.

Son iki finalda yeni ad olmayıb. 2023-cü ildə “Qəbələ” və “Neftçi”, ötən il isə “Qarabağ” və “Zirə” kubok üçün növbəti cəhdlərini gerçəkləşdirib.

Finalda sonuncu yeni ad 2022-ci il mayın 27-də olub. 1100 gün əvvəl “Qarabağ”la görüşən “Zirə” penaltilərlə uduzub – 1:1, p.3:4.

İdman.biz