“Qalatasaray” Azərbaycanı təbrik edib - VİDEO

Xəbərlər
28 May 2025 13:43
67
“Qalatasaray” Azərbaycanı təbrik edib - VİDEO

28 May – Azərbaycanın Müstəqillik Gününə qardaş Türkiyə də biganə qalmayıb.

İdman.biz xəbər verir ki, türk dünyasının ən güclü klubu “Qalatasaray” bu əlamətdar gün münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

İstanbul təmsilçisinin hazırladığı bayram videoçarxında ayrı-ayrı futbolçular ürək sözlərini çatdırıblar. Çarxda “Futbol sərhədləri aşan bir bağlılıqdır. Tam bizim qardaşlığımız kimi. Biz bir millət, iki dövlətik. Bu xüsusi günün həyəcanını Azərbaycanla birlikdə yaşayırıq. 28 may Azərbaycanın Müstəqillik günü mübarək” kimi ifadələr yer alıb.

Qeyd edək ki, “Qalatasaray” 2024/25 mövsümündə Türkiyə çempionu olub.

İdman.biz