Yığmamız hazırlığa başlayıb - FOTO

Xəbərlər
27 May 2025 17:06
45
Yığmamız hazırlığa başlayıb - FOTO

Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb.

İdman.biz xəbər verir ki, bu gün “Neftçi” Futbol Mərkəzində ilk məşqinə çıxıb.

Legioner həyatı yaşayan Renat Dadaşov Bakıya bu gün gələcək. “Qarabağ” və “Sabah”ın futbolçuları isə mayın 31-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan sonra kollektivə qoşulacaqlar.

Qeyd edək ki, millimiz toplanış çərçivəsində iyunun 7-də Riqadakı “Skonto” stadionunda Litva, iyunun 10-da isə “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.

İdman.biz