Misli Premyer Liqasında 2024/25 mövsümünün bombardirinə mükafatın veriləcəyi vaxt və yer məlum olub.
Bu barədə İdman.biz-ə PFL-in Media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.
O bildirib ki, çempionatın bombardiri “Qarabağ”ın futbolçusu Leandro Andradeyə mükafat Azərbaycan Kubokunun finalında təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan çempionunun yarımmüdafiəçisi 15 qolla bombardir olub. “Qarabağ” və “Sabah” arasında baş tutacaq kubokun final isə mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Aytac Sahəd
İdman.biz