“Neftçi” Yuri Matiasla müqaviləni uzatmayıb

Xəbərlər
27 May 2025 15:08
96
“Neftçi” Yuri Matiasla müqaviləni uzatmayıb

"Neftçi" uğursuz mövsümdən sonra daha bir futbolçu ilə vidalaşıb.

İdman.biz xəbər verir ki, Bakı klubu braziliyalı müdafiəçisi Yuri Matiasla müqaviləni uzatmayıb.

Bunu vətəni Braziliyaya qayıdan 30 yaşlı futbolçunun özü açıqlayıb: "Portuqaliya, İran, Rumıniya və Azərbaycan karyeramdan sonra Braziliyaya qayıtdım. Ailəmlə qısa məzuniyyətdən sonra gələcək karyeramla bağlı qərar verəcəm”.

Qeyd edək ki, 2023-cü ilin yayında “Neftçi”yə keçən Matias Premyer Liqada 58 oyunda 7 qol vurub.

İdman.biz