“Araz-Naxçıvan”ın hazırlıq planı dəqiqləşib

27 May 2025 14:45
316
“Araz-Naxçıvan”ın hazırlıq planı dəqiqləşib

“Araz-Naxçıvan”ın 2025-2026-cı illər mövsümü ilə bağlı hazırlıq planı dəqiqləşib.

İdman.biz xəbər verir ki, “qırmızı-ağlar” iyunun 14-dən iyulun 2-dək Bakıda məşq edəcəklər.

Hazırlığın ikinci mərhələsi Türkiyənin Ərzurum şəhərində keçiriləcək. “Araz-Naxçıvan” iyulun 3-də qardaş ölkəyə yola düşəcək.

Ayın 17-dək davam edəcək hazırlıq müddətində 4 yoxlama oyunu keçirmək planlaşdırılıb. Sparrinq-rəqiblər və tarixlər daha sonra bəlli olacaq.

İdman.biz