"Şamaxı"nın kapitanı karyerasını başa vurub - FOTO

Xəbərlər
25 May 2025 15:05
45
"Şamaxı"nın kapitanı karyerasını başa vurub - FOTO

"Şamaxı"nın kapitanı Kamal Bayramov peşəkar futbolçu karyerasını başa vurub.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Misli Premyer Liqasının 36-cı turunun “Qarabağ”la matçından (0:1) öncə klubun idarə heyətinin sədri Elçin Usub 39 yaşlı qapıçıya xatirə hədiyyəsi təqdim edilib.

Qeyd edək ki, Kamal Bayramov karyerası ərzində "Neftçi", "Muğan", "Turan Tovuz", "Xəzər Lənkəran", "Rəvan", "Araz-Naxçıvan", AZAL, "Zirə", "Səbail" və "Şamaxı"da çıxış edib.

İdman.biz