Robert Levandovskinin keçmiş komandasının 9-cu çempionluğu

Xəbərlər
25 May 2025 11:04
42
Robert Levandovskinin keçmiş komandasının 9-cu çempionluğu

"Lex" 2024/25 mövsümündə futbol üzrə Polşa çempionu olub.

İdman.biz xəbər verir ki, Poznan klubu ölkə çempionatının son turunda "Piast"ı 1:0 hesabı ilə məğlub edib və ən yaxın izləyicisi "Rakuv"u cəmi bir xal qabaqlayaraq birinci yeri tutub.

Bu, "Lex"in doqquzuncu çempionluğudur. Robert Levandovskinin keçmiş komandası daha əvvəl 1983, 1984, 1990, 1992, 1993, 2010, 2015 və 2022-ci illərdə ölkəsində zirvəni fəth edib.

Polşada "Legiya" (15), "Qurnik" və "Rux" (hərəyə 14), həmçinin "Visla"nın (13) hesabında daha çox çempion titulu var.

İdman.biz